Şamaxıda “4-cü sənaye texnologiyalarının iqlim dəyişikliyi ilə mübarizədə rolu” mövzusunda tədbir keçirilir
Şamaxı, 22 avqust, AZƏRTAC
Bu gün Şamaxıda Dövlət Vergi Xidmətinin təlim-tədris mərkəzində 4SİM və BMT-nin Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə və Şamaxı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə birgə COP29 çərçivəsində “4-cü sənaye texnologiyalarının iqlim dəyişikliyi ilə mübarizədə rolu” mövzusunda tədbir keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbirin açılışında çıxış edən Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Etibar Muradlı bildirib ki, tədbir COP29 çərçivəsində keçirilən “29 iqlim söhbəti: COP29-a gedən yol” silsiləlisndən növbəti tədbirdir.
O, qeyd edib ki, Şamaxı şəhərində ətraf mühitə mənfi təsirlərin azaldılması, bərk məişət tullantılarının müasir ekoloji və texnoloji idarəetmə sisteminin yaradılması istiqamətində işlərə artıq başlanılıb. Şamaxı şəhərinin ekoloji vəziyyətinin və tullantıların idarə olunması sistemində müasir standartlara uyğun ən son texnoloji yeniliklərin tətbiq olunması planlaşdırılır.
Sonra 4SİM-in icraçı direktorunun müavini Soltan Bayramov çıxışında “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi”nin yaranma tarixi barədə məlumat verib. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 6 yanvar 2021-ci il tarixli Fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində qlobal iqtisadiyyatda cərəyan edən trendləri diktə edən, rəqabət qaydalarını dəyişən Dördüncü Sənaye İnqilabında Azərbaycanın mövqeyinin gücləndirilməsi və bu sahədə aparıcı ölkələr sırasında yer almasının təmin edilməsi məqsədilə “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi”nin əsası qoyulub.
4SİM 2021-ci ilin aprel ayından etibarən Dünya İqtisadi Forumunun (DİF) Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin Azərbaycandakı Dördüncü Sənaye İnqilabı Mərkəzinə də ev sahibliyi edir.
Qeyd olunub ki, bugünkü tədbirdə “Dayanıqlı səhiyyə sistemləri və texnologiyanın sağlamlıqda rolu” və “Əhalinin ehtiyaclarına cavab verən demoqrafik tədqiqat texnologiyaları” mövzularında təqdimatlar olacaq. “Azərbaycanda dayanıqlı inkişaf üçün texnologiyaların inteqrasiyası” mövzusunda panel sessiyası baş tutacaq.
BƏNZƏR MƏQALƏLƏR
-
Türkiyəli ekspert: Azərbaycanın Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi ilə bağlı tələbləri haqlıdır
Ankara, 11 sentyabr, AZƏRTAC “Ermənistan Konstitusiyasının hazırkı redaksiyası Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanmasına […]
-
Laçın sakini: Yurduma gedib işimi davam etdirmək istəyirəm
Bakı, 11 sentyabr, AZƏRTAC “Laçında illərlə mətbuat işçisi olmuşam. İndi yurduma gedib işimi yenidən davam […]
-
Mayotda işsizlik Fransa üzrə orta göstəricidən 5 dəfə çoxdur
Bakı, 11 sentyabr, AZƏRTAC Fransanın Mayot departamentində işsizlik artaraq 37 faizə çatıb. AZƏRTAC “”Figaro”ya istinadla […]