Salyanda həmyerlisini bıçaqlayan şəxs saxlanılıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Salyanda həmyerlisini bıçaqlayan şəxs saxlanılıb

Salyan, 17 avqust, Aydın Yavərzadə,AZƏRTAC

Salyan rayonunda bıçaqlanma hadisəsi baş verib. İnsident zamanı xəsarət alan Yusif Əsgərov xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinin sorğusuna cavab olaraq bildirilib ki, Salyan rayon sakini Y.Əsgərovun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Şöbə əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən rayon sakini, əvvəllər məhkum olunmuş Samid Babayev saxlanılaraq istintaqa təqdim edilib.

Araşdırmalar davam etdirilir.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top