
Sallivan ilə Kalın regional məsələləri müzakirə ediblər
ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan və Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın arasında telefon danışığı olub. Söhbət zamanı iyun ayında Brüsseldə NATO sammiti çərçivəsində iki ölkə rəhbəri arasında keçirilmiş görüşün inkişaf etdirilməsi yolları müzakirə olunub.
Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Emili Horn açıqlama verib.
Onun sözlərinə görə, C.Sallivan və İ.Kalın “Prezident Co Bayden və Prezident Rəcəb Tayyib Ərdoğan arasında 14 iyunda baş tutan görüşün inkişafına dair bir sıra regional məsələləri müzakirə ediblər”. Horn iki dövlət başçısının müşavirləri arasındakı söhbətə dair digər təfərrüatlardan söz açmayıb.
APA
BƏNZƏR MƏQALƏLƏR
-
Yaponiya hökuməti istefa verib
Avqustun 10-da Yaponiya hökuməti Nazirlər Kabinetində yeni təyinatlar ərəfəsində tam tərkibdə istefa verib. Nazirlər Kabinetinin […]
-
Saudi Aramco ABŞ-da yerləşən Valvoline-ın törəmə şirkətini satın alır
Səudiyyə Ərəbistanının milli neft şirkəti olan “Saudi Aramco”nun ABŞ-da mühərrik yağı və əlavələri istehsalçısı və […]
-
G-20 ölkələrinin ən son inflyasiya dərəcələri açıqlanıb
2022-ci ilin iyul ayında Türkiyədə illik inflyasiya 79,6 faiz təşkil edib. Türkiyə G-20 ölkələri liqasında […]