Saleh Məmmədov vətəndaşların qəbul edəcək - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Saleh Məmmədov vətəndaşların qəbul edəcək

Qazax, Ağstafa və Tovuz rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov sentyabr ayının 23-də Qazax rayonunda vətəndaşları qəbul edəcək.

Qəbul saat 11:00-da Qazax rayonu Heydər Əliyev Mərkəzinin inzibati binasında keçiriləcək. Qəbulda Qazax, Ağstafa və Tovuz rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbula yazılmaq istəyənlərin Qazax rayonu “28 №-li Yol İstismarı”Ağstafa rayonu “27 №-li Yol İstismarı” və Tovuz rayonu “26 №-li Yol İstismarı” MMC -lərində öncədən qeydiyyatdan keçmələri xahiş olunur.

Vətəndaşlar qəbula şəxsiyyətini təsdiq edən sənədlə gəlməli və qaldırdıqları məsələlər Agentliyin səlahiyyətlərinə aid olmalıdır.

Qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2022-ci ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq baş tutacaq.

 

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top