Şahin Bağırov: “Xanoba”dan müxtəlif təyinatlı maşınlar hərəkət edə biləcək” - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Şahin Bağırov: “Xanoba”dan müxtəlif təyinatlı maşınlar hərəkət edə biləcək”

“Azərbaycan-Rusiya sərhədində yerləşən və bu gün açılışı olan “Xanoba” gömrük postundan müxtəlif təyinatlı nəqliyyat vasitələri hərəkət edə biləcək”.

“Report”un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov bildirib.

“Bu sərhəd-buraxılış məntəqəsi əvvəl də mövcud idi, sadəcə, imkanları zəif idi. Əlavə yaradılmış imkanlar sərhəd və gömrük əməkdaşlarının bərabər çalışıb zəruri prosedurları həyata keçirmələrinə imkan verir. Birgə fəaliyyət Azərbaycana daxil olan və ölkədən çıxan bütün nəqliyyat vasitələrinin əlavə vaxt gözləmələrinə məruz qalmadan yüklərin buraxılmasına şərait yaradır. Burada ölkəyə daxilolma və getmə xətlərinin sayı 13-ə çatdırılıb”, – deyə o qeyd edib.

Bundan başqa, komitə sədri “Xanoba”da müasir texnoloji qurğuların quraşdırıldığını bildirib:

“Nəqliyyat vasitələrinin üzərində və içində gedən malların yoxlanışı üçün skan qurğuları quraşdırılıb. Bu qurğular vasitəsilə biz artıq nəqliyyat vasitələrinin fiziki yoxlanılmasını həyata keçirmirik, çünki görüntülər vasitəsilə yükün daxilində və yaxud nəqliyyat vasitəsinin tərkibində olan predmetlər müəyyən ediləcək. Azərbaycanda bu sahə üzrə mütəxəssislər var. Biz bununla həm ticarəti sadələşdiririk, həm də təhlükəsizlik tədbirlərini inamla həyata keçiririk”.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top