Sahil Babayev: “Minimum orta aylıq pensiya və əməkhaqqı regiona görə heç də az deyil” – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Sahil Babayev: “Minimum orta aylıq pensiya və əməkhaqqı regiona görə heç də az deyil”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Minimum orta aylıq pensiya və əməkhaqqı regiona görə heç də az deyil”.

“Report” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində səsləndirilən suallara cavabında deyib.

Onun sözlərinə görə, gələn il üçün ölkədə yaşa görə orta aylıq pensiyanın məbləği 516 manat müəyyən edilib və bu rəqəmə Azərbaycan üçün az demək olmaz:

“Minimum pensiyaya görə minimum əməkhaqqı MDB məkanında həm nominal, həm də alıcılıq qabiliyyətinə görə birinci və ya ikinci yerdədir. Minimum orta aylıq pensiya və əməkhaqqı regiona görə heç də az deyil, amma arzuolunan səviyyədən aşağıdır”.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top