
Sahibkarların Nəzərinə!
Bildiririk ki, İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin vasitəçiliyi ilə bu yaxınlarda İranın Ərdəbil və Təbriz şəhərlərindən olan bir qrup iş adamı Bakı şəhərində işgüzar səfərdə olmuş və bir sıra görüşlər keçirmişlər.
Səfər çərçivəsində Azərbaycan Sahibkarlar ( İşəgötürənlər ) Təşkilatları Milli Konfederasiyasının rəhbərliyi ilə görüş zamanı Ərdəbil vilayətinin valisi cənab Məcid Xudabəxş və Təbriz Ticarət və Sənaye Palatasının üzvü cənab Əlirza Purağabalayi azərbaycanlı iş adamlarını İrana işgüzar səfərə dəvət etmişdir.
ASK-nın prezidenti cənab M.Musayevin başçılığı ilə 17-20 dekabr 2016-cı il tarixlərində İran İslam Respublikasına baş tutacaq səfərdə Ərdəbil və Təbriz şəhərlərində İranlı iş adamları ilə sıx əməkdaşlıq, partnyorlar tapılması, biznes əlaqələrinin genişləndirilməsi və s. sahələrdə müxtəlif o cümlədən ikitərəfli görüşlərin (B2B) keçirilməsi nəzərdə tutulmuşdur.
Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq sizi bu işgüzar səfərdə iştirak etməyə dəvət edir, iştirak edəcəyiniz tədqirdə məktuba əlavə olunan formanı doldurub 01 dekabr 2016-cı il tarixədək ASK-ya məlumat verməyiniz xahiş olunur.
Əlaqələndirici şəxs: Rauf Əliyev
Tel: 012 465 72 43; 070 290 99 11
BƏNZƏR MƏQALƏLƏR
-
“Bakı Ayaqqabı Fabriki” Açıq Səhmdar Cəmiyyətinin özəlləşdirilməsinə dair investisiya müsabiqəsi elan edilib
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na […]
-
Vətən mühasibəsi iştirakçı rəhbər vəzifəyə təyin edildi
“Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyevin əmri ilə Suraxanı rayonu üzrə 12 […]
-
Azərbaycanın bölgələrində yeni ağır atletika idman zalları istifadəyə verilib
Azərbaycanın daha üç bölgəsində yeni ağır atletika idman zalları istifadəyə verilib Respublikada ağır atletika idman […]