
“Şahdəniz” yatağında yeni kəşfiyyat quyusunun qazılmasına başlanılıb
Bu gün bp şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair Saziş (ŞD HPBS) çərçivəsində “Şahdəniz” müqavilə sahəsində yeni bir kəşfiyyat quyusunun (“SDX-8”) qazılmasına başlanılıb.
Bu barədə “Report”a “Şahdəniz” yatağının operatoru “bp-Azerbaijan” şirkətindən məlumat verilib.
Bildirilib ki, “SDX-8” quyusu “Heydər Əliyev” yarımdalma qazma qurğusu vasitəsilə qazılır. Qurğu bu quyunun “Şahdəniz” yatağının şərq cinahında yerləşən qazma ərazisinə 2022-ci ilin dekabr ayında gətirilib.
Quyunun ümumi dərinliyinin təxminən 7 000 metr olacağı nəzərdə tutulur.
“Uğurlu olacağı təqdirdə, bu quyu şərq cinahında hazırda istismarda olan məhsuldar layların altındakı daha dərin horizontların qazma xüsusiyyətləri, hasilat imkanları və qaz ehtiyatları potensialı haqqında daha aydın təsəvvür yaradacaq.
Quyunun qazılması təxminən bir il çəkəcək. Lakin mümkündür ki, nəticələri qiymətləndirmək məqsədilə lazım ola biləcək sınaq proqramı aparmaq üçün bu müddət daha uzun olsun”, – məlumatda deyilir.
Qeyd edək ki, “Şahdəniz” perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. “Şahdəniz” üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.
Layihədə bp (operator – 29,99%), “LUKoil” (19,99%), TPAO (19%), SOCAR (14,35%), NICO (10%) “SGC Upstream” (6,7%) şirkətləri iştirak edirlər.
BƏNZƏR MƏQALƏLƏR
-
Britaniyanın enerji təhlükəsizliyi üzrə səfiri: “Azərbaycanın əsas enerji tərəfdaşı olmaq istəyirik” – FOTO
Böyük Britaniya Azərbaycanda ən böyük sərmayədar və uzun illərdir ölkənin ən böyük ticarət tərəfdaşlarından biridir. Ölkələr […]
-
Əmanətlərdən gələn gəlirlərə tətbiq edilən vergi heç bir istiqamətdə əngəl yaratmayacaq
Pərviz Heydərov yazır… Banklara yerləşdirilən əmanətlər üzrə gəlirlərdən vergi tutulmasının bərpası əhalidə narazılıq doğurub. Bunun […]
-
SOCAR və “Qazprom” arasında ikitərəfli əməkdaşlığın inkişaf istiqamətləri müzakirə olunub
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf və “Qazprom”un rəhbəri Aleksey Miller Rusiya və […]