Şahbuz rayonunun Biçənək kəndində 3 yaşayış evi yanıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Şahbuz rayonunun Biçənək kəndində 3 yaşayış evi yanıb

Naxçıvan, 6 avqust, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şahbuz rayonun Biçənək kəndində 3 fərdi yaşayış evində yanğınların baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, məlumatla əlaqədar dərhal Naxçıvan şəhər və Şahbuz Rayon Dövlət Yanğından Mühafizə Hissələrinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.

Hazırda yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınır.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top