“ŞAGİRDLƏRİN FORUM TEATRI” LAYİHƏSİ YEKUNLAŞDI – Səhifə 7 – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“ŞAGİRDLƏRİN FORUM TEATRI” LAYİHƏSİ YEKUNLAŞDI

“Şagirdlərin Forum Teatrı” – incəsənət əsaslı öyrənmə metodla məktəbdə yaradıcı mühitin inkişafı və sosial problemlərin həllinə ictimai diqqətin artırılmasına dəstək” layihəsi Xızı rayonu M.Müşfiq adına Giləzi qəsəbə tam orta məktəbi tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 6-cı qrant müsabiqəsi çərçivəsində həyata keçirilirdi.

Eoconomic.az xəbər verir ki , layihənin əsas məqsədi incəsənət əsaslı öyrənmə metodu olan Forum Teatrın tətbiqi ilə məktəblilər arasında yaradıcı mühitin inkişaf etdirilməsi və bu öyrədici “alət”lərdən istifadə etməklə sosial problemlərin həllinə dəstək olmaqdır.Layihə çərçivəsində son tədbir Forum Teatr Festivalının keçirilməsi oldu. Layihə üzrə təlimlərdə hazırlanmış Forum Teatr tamaşaları rayon ictimaiyyətinə, müxtəlif icmaların və maraqlı tərəflərin nümayəndələrinə təqdim olundu. Burada tamaşalar vasitəsi ilə təhsildən yayınma, insan alveri, digər sosial problemlərin həllini qabardan mövzulara toxunuldu. Layihə üzrə təlimlərdə iştirak edən şagirdlərə sertifikatlar təqdim olundu.Ümumən 5 ay ərzində davam edən layihə çərçivəsində məktəblilərə Forum Teatr tamaşalarının hazırlanması və onların təqdim olunması təlimləri keçirildi, məktəbdə dərs keçən müəllimlər üçün gələcəkdə Forum Teatr metodunun tətbiqinə cəlb olunması üçün Usdad dərslərin təşkil olundu. Həmçinin “Dəyirmi masa” müzakirələri keçirildi və burda, şagirdlər öz təcrübələrini həmyaşıdları və digər maraqlı tərəflərlə bölüşdülər. Görüşlərə həm Forum Teatrın fəal üzvləri, həm fəaliyyətlər icra olunan orta məktəbin layihəyə cəlb edilmiş müəllimləri, həmçinin maraqlı tərəflər iştirak etdilər. Layihədə fəal iştirak edən şagirdlərin Bakıda fəaliyyət göstərən sosial, təhsil, miqrasiya və d. istiqamətlər üzrə işləyən yerli qurumlara mübadilə səfərləri də təşkil olundu.

1 5 6 7

BƏNZƏR MƏQALƏLƏR

Top