“Şagirdlərin Forum Teatrı” layihəsi çərçivəsində təlimlər və Usdad dərsləri təşkil edilib - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Şagirdlərin Forum Teatrı” layihəsi çərçivəsində təlimlər və Usdad dərsləri təşkil edilib

“Şagirdlərin Forum Teatrı” – incəsənət əsaslı öyrənmə metodla məktəbdə yaradıcı mühitin inkişafı və sosial problemlərin həllinə ictimai diqqətin artırılmasına dəstək” layihəsi Xızı rayonu M.Müşfiq adına Giləzi qəsəbə tam orta məktəbi tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 6-cı qrant müsabiqəsi çərçivəsində həyata keçirilir.Bu ay ərzində Forum Teatr tamaşalarının keçirilməsi təlimlərinin 2-ci qrupu üçün fəaliyyətlər icra edildi. Təlimin sonunda 3 müxtəlif sosial mövzu üzrə Forum Teatr tamaşası hazırlanıb ilk mərhələdə məktəbdə

tamaşaçılara təqdim ediləcək. Təlimləri məktəbin şagirdləri olan həmyaşıd təlimçilər və peşəkar təlimçilər birlikdə həyata keçirirlər. Tamaşaların hazırlanmasında aidiyyatı üzrə sosial sahədə fəaliyyət göstərən ekspertlər arasından rejissor və ssenarist xidmətlərindən istifadə olunması üçün müvafiq şəxslər prosesə cəlb ediliblər. Burada məqsəd məktəb şagirdlərinə Forum Teatr metodunu təqdim etmək, onların icmalarında mövcud olan
sosial problemlərə diqqətin cəlb olunması, problemlərin həlli üçün təşəbbüslərin irəli sürülməsi üçün bu texnologiyadan istifadəsini təşviq etməkdir.
Həmçinin bu ay usdad dərsləri (Master klasslar) təşkil olundu. Məqsəd sözügedən sahədə təcrübəsi olan gənclərlə məktəbin şagirdlərinin tanışlığını təmin etmək, Forum Teatr metodunu müxtəlif ölkələrdə təcrübədən keçirmiş peşəkar şəxslərlə şagirdlər arasında əlaqələr yaratmaq və peşəkarların müxtəlif ölkələrdə əldə etdikləri ən yaxşı təcrübəni şagirdlərlə bölüşməsinin təşkili oldu. Burada innovativ texnikalar əsasında interaktiv metodla
həyata keçiriləcək forum teatr haqqında geniş məlumat verildi, xususi dəvət edilən qonaq forum teatrın tarixindən, ölkədə mövcud vəziyyətindən söz açdı. İştirakçılar ekspertdən mövzuya aid onları maraqlandıran müxtəlif suallara cavab əldə edə bildi. Usdad dərslərində həmçinin layihənin əvvəlki ayları ərzində həyata keçirilən forum teatr təlimlimlərinin təlimçi, ekspert və iştirakçıları arasında ən fəal şagirdlər də çıxış edərək öz
təcrübələrindən, uğurlarından və planlarından danışdılar.Bu ilin martına qədər davam edəcək layihə çərçivəsində Forum Teatr Festivalının keçirilməsi, təcrübə mübadiləsinin çərçivəsində “Dəyirmi masa” müzakirəsi və mübadilə səfərlərinin icrası nəzərdə tutulub.Layihənin əsas məqsədi incəsənət əsaslı öyrənmə metodu olan Forum Teatrın tətbiqi ilə məktəblilər arasında yaradıcı mühitin inkişaf etdirilməsi və bu öyrədici “alət”lərdən istifadə etməklə sosial problemlərin həllinə dəstək olmaqdır.
“Şagirdlərin Forum Teatrı” – incəsənət əsaslı öyrənmə metodla
məktəbdə yaradıcı mühitin inkişafı və sosial problemlərin həllinə
ictimai diqqətin artırılmasına dəstək” layihəsinin işçi qrupu

1 2 3 4 8

BƏNZƏR MƏQALƏLƏR

Top