“Şagirdlərin Forum Teatr” layihəsinə start verilib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Şagirdlərin Forum Teatr” layihəsinə start verilib

“Şagirdlərin Forum Teatrı” – incəsənət əsaslı öyrənmə metodla məktəbdə yaradıcı mühitin inkişafı və sosial problemlərin həllinə ictimai diqqətin artırılmasına dəstək” layihəsi Xızı rayonu M.Müşfiq adına Giləzi qəsəbə tam orta məktəbi tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 6-cı qrant müsabiqəsi çərçivəsində həyata keçirilməyə başlayıb.

Layihənin əsas məqsədi incəsənət əsaslı öyrənmə metodu olan Forum Teatrın tətbiqi ilə məktəblilər arasında yaradıcı mühitin inkişaf etdirilməsi və bu öyrədici “alət”lərdən istifadə etməklə sosial problemlərin həllinə dəstək olmaqdır. Layihə bu məqsədə çatmaq üçün Forum Teatr texnologiyasının rayon ictimaiyyətinə və məktəblilərə tanıdılması və ondan geniş istifadənin təbliği, qazanılan təcrübənin məktəblərarası mübadiləsi, qeyd olunan problemlərin aradan qaldırılması məqsədilə şagirdlərin aktiv və səmərəli iştirakçılığının təmin olunması, mənfi keyfiyyətlərin, davranış stereotiplərinin məhv edilməsi vəzifələri qarşısına qoyur.
Layihənin icrası müddətində yeniyetmə təlimçilər üçün Forum Teatr təlimlərinin təşkil edilməsi, Forum Teatr tamaşalarının nümayişi, usdad dərslərinin (Master klasslar) təşkili, Forum Teatr Festivalının keçirilməsi, təcrübə mübadiləsinin çərçivəsində “Dəyirmi masa” müzakirəsi və mübadilə səfərlərinin icrası, eləcə də, layihənin PR işinin aparılması nəzərdə tutulub.
Layihənin icrası müddətində hər qrupda 20 nəfər olmaqla yeniyetmələr Forum Teatr təlimçiləri üçün təlimlərdə, 40 nəfər Forum Teatr tamaşalarının nümayişi məqəsdi ilə öyrədici təlimlərdə iştirak edəcəklər. Bundan əlavə yerlərdə şagird, müəllim və valideynlərin iştirakı ilə Usdad dərslərinin (Master klasslar) təşkili,“dəyirmi masa”lar, geniş ictimaiyyətin dəvət edildiyi Forum Teatr festivalı olacaqdır. Həmçinin, təlimlərdə və tamaşalarda ən fəal iştirak etmiş şagirdlərin Bakıya mübadilə səfərləri nəzərdə tutulur. Bu səfərlər zamanı paytaxtda Forum Teatr sahəsində təcrübəsi olan qurumlarla tanışlıq olacaq, fikir və təcrübə mübadiləsi aparılmaqla bərabər həmçinin gələcəkdə birgə fəaliyyət planları müzakirə ediləcək. Ümumilikdə 4 belə səfər olacaqdır.
Layihə gələn ilin martında yekunlaşacaq.

“Şagirdlərin Forum Teatrı” – incəsənət əsaslı öyrənmə metodla
məktəbdə yaradıcı mühitin inkişafı və sosial problemlərin həllinə
ictimai diqqətin artırılmasına dəstək” layihəsinin işçi qrupu

BƏNZƏR MƏQALƏLƏR

Top