Sabirabadda fərdi yaşayış evi yanıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Sabirabadda fərdi yaşayış evi yanıb

Sabirabad, 11 avqust , Aydın Yavərzadə, AZƏRTAC

Sabirabad rayonunda yanğın hadisəsi baş verib. Fərdi yaşayış evi əşyaları ilə birlikdə yanıb və bir nəfər xəsarət alıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yanğın hadisəsi rayonun Güdəcühür kəndində qeydə alınıb. Bəxtiyar Feyzullayevə məxsus fərdi yaşayış evində başlayan alov qısa müddətdə güclənib. Hadisə nəticəsində yanıq xəsarətləri alan Elnurə Feyzullayeva Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ev isə əşyaları ilə birlikdə yanaraq yararsız hala düşüb. Hadisə yerinə Sabirabad rayon Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi cəlb edilib, alov söndürülərək ətraf ərazilərə keçməsinin qarşısı alınıb. Fakt araşdırılır.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top