Sabah hava əsasən yağmursuz keçəcək
Bakı, 20 avqust, AZƏRTAC
Azərbaycanda avqustun 21-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Şimal-qərb küləyi əsəcək, səhər cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 21-26°, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 758 millimetr civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-50 faiz təşkil edəcək.
Abşeron çimərliklərində şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəzlənəcək.
Dəniz suyunun temperaturu şimal çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 26-27°, cənub çimərliklərində – Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-24°, gündüz 32-37° isti, dağlarda gecə 13-18°, gündüz 19-24° isti olacağı ehtimal edilir.
BƏNZƏR MƏQALƏLƏR
-
Türkiyəli ekspert: Azərbaycanın Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi ilə bağlı tələbləri haqlıdır
Ankara, 11 sentyabr, AZƏRTAC “Ermənistan Konstitusiyasının hazırkı redaksiyası Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanmasına […]
-
Laçın sakini: Yurduma gedib işimi davam etdirmək istəyirəm
Bakı, 11 sentyabr, AZƏRTAC “Laçında illərlə mətbuat işçisi olmuşam. İndi yurduma gedib işimi yenidən davam […]
-
Mayotda işsizlik Fransa üzrə orta göstəricidən 5 dəfə çoxdur
Bakı, 11 sentyabr, AZƏRTAC Fransanın Mayot departamentində işsizlik artaraq 37 faizə çatıb. AZƏRTAC “”Figaro”ya istinadla […]