
Sabah Bakıda bal yarmarkası başlayır
Oktyabrın 15-də Bakıda arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkasının açılış mərasimi keçiriləcək.
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, yarmarka saat 10:30-da “Amay” Ticarət Mərkəzində (Bakı şəhəri, Nobel prospekti,23 ) ünvanında işə başlayacaq.
Yarmarkada müəyyən edilmiş keyfiyyət standartlarına cavab verən təbii bal və digər arıçılıq məhsullarının satışına icazə veriləcək.
Qeyd edək ki, Bakıda arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası ənənəvi olaraq hər il keçirilir.
Sərgi-satış yarmarkası noyabrın 15-dək davam edəcək.
BƏNZƏR MƏQALƏLƏR
-
Özəl şirkətlər “Aqrokadr.az” portalı ilə əməkdaşlığı genişləndirir
Aqrokadr.az portalında özəl müəssisələrə aid 20-dən çox vakansiya dərc edilib. Aqrokadr.az portalı vasitəsilə dövlət və […]
-
Rusiya ilə Azərbaycan arasında taxıl və gübrə tədarükü ilə bağlı qarşılıqlı anlaşma var
Rusiyanın Bakıdakı səfiri bildirib ki, Rusiya Azərbaycana taxıl tədarükünü davam etdirəcək. Bu məsələ ilə bağlı […]
-
Azərbaycan sahibkarları Türkiyədə keçirilən sərgidə iştirak edir
Noyabrın 2-də Türkiyənin İstanbul şəhərində 19-cu “MÜSİAD EXPO” Ticarət Sərgisi öz işinə başlayıb. “TÜYAP” Sərgi […]