Rusiyaya gedən azərbaycanlıların nəzərinə: Sənəd imzalayaraq öhdəlik götürəcəklər
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Rusiya Daxili İşlər Nazirliyi “loyallıq müqaviləsi” hazırlamağı və ölkəyə daxil olan əcnəbilərə bu sənədi imzalatmağı təklif edib.
Bu barədə qurum tərəfindən hazırlanan qanun layihəsindən aydın olub.
Yeni sənəddə ölkəyə daxil olan əcnəbi vətəndaşlar üçün bir sıra məhdudiyyətlər, o cümlədən Rusiyanın dövlət siyasətini gözdən salmağa, ənənəvi ailə dəyərlərini inkar etməyə və sovet xalqının faşizm üzərində qələbəyə verdiyi töhfəni təhrif etməyə qadağa qoyulur.
“Sadiqlik müqaviləsi – bir tərəfdən, Rusiyanın dövlət orqanlarının əcnəbi vətəndaşın ölkəyə daxil olması üçün icazəsidir, digər tərəfdən, Rusiyaya daxil olan əcnəbi vətəndaşın Rusiyanın milli maraqlarını qorumaq üçün müəyyən edilmiş qadağalarla razılaşmasıdır”, – deyə sənəddə bildirilir.
Qanun layihəsinə əsasən, Rusiya ərazisində olduğu (yaşadığı) müddət ərzində Rusiyaya gələn əcnəbiyə dövlət orqanlarının fəaliyyətinə müdaxilə etmək, xarici və daxili dövlət siyasətini, dövlət orqanlarını və onların vəzifəli şəxslərini hər hansı formada nüfuzdan salmaq qadağandır.
Xatırladaq ki, Rusiya Daxili İşlər Nazirliyi qeyri-qanuni miqrantlar üçün bir sıra qadağalar və məhdudiyyətləri nəzərdə tutan nəzarətdə qalma rejimi tətbiq etməyi də təklif edir. Miqrantların həyatını çətinləşdirəcək yeni qanun layihəsinə onların avtomobil idarə etməsi, sürücülük vəsiqəsi alması, nikah qeydiyyatı və pul köçürməsinə aid qadağalar daxil edilib.
Bundan əvvəl Rusiyada miqrantlar üçün qanunların sərtləşdirildiyi barədə məlumat vermişdik. Belə ki, qaydalardan birinə görə, artıq vətəndaşlıq üçün təkcə nikah kifayət eləmir, mütləq uşaq da olmalıdır.
Həmçinin xəbər verilmişdi ki, Rusiyaya gedən miqrantlar aeroportlarda daktiloskopiyadan (barmaq izi) keçəcəklər və fotoları çəkiləcək.
Mənbə: TASS
BƏNZƏR MƏQALƏLƏR
-
Tarix və mədəniyyətimizin qorunduğu məkanlar – Atropatenadan bu günədək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər […]
-
AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Azərbaycanın milli aviadaşıyıcısı AZAL 2024-cü il mayın 31-nə […]
-
Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Dubay marşrutu üzrə J2 […]