Rusiyanın daha bir şəhərindən Bakıya müntəzəm reyslər açılır – CƏDVƏL
Rusiyanın “İrAero” aviaşirkəti iyulun 4-dən Bakı-Saratov-Bakı marşrutu üzrə uçuşlara başlayır.
Oxu.Az bu barədə aviaşirkətə istinadən məlumat verib.
Bildirilir ki, uçuşlar həftədə bir dəfə – çərşənbə axşamı günləri “Sukhoi Superjet” 100 təyyarəsi ilə həyata keçiriləcək.
“Bundan əvvəl biz cümə axşamı və şənbə günləri Saratovdan Türkiyəyə (Antalya) beynəlxalq reyslərə başlamışdıq. Hazırda Azərbaycanın paytaxtına yeni marşrut əlavə olunub. Biz Qaqarin Aeroportu ilə əməkdaşlığı genişləndirməkdən məmnunuq”, – deyə “IrAero” daşımaların təşkili xidmətinin rəhbəri Aleksandr Makin bildirib.
Bakıdan uçuş çərşənbə axşamı yerli vaxtla saat 16:55-ə, Saratov şəhərinə eniş isə 19:05-ə təyin olunub. Dönüş reysi yerli vaxtla saat 20:20, Azərbaycanın paytaxtına eniş 22:55-ə nəzərdə tutulub. Birtərəfli biletin qiyməti 15 000 rubldan (təxminən 303 manat) başlayır.
Qeyd edək ki, “İrAero” aviaşirkəti Novosibirsk, Kazan, Yekaterinburq, Samara, Sankt-Peterburq və s. şəhərlərdən Azərbaycana müntəzəm reyslər həyata keçirir.
BƏNZƏR MƏQALƏLƏR
-
Tarix və mədəniyyətimizin qorunduğu məkanlar – Atropatenadan bu günədək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər […]
-
AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Azərbaycanın milli aviadaşıyıcısı AZAL 2024-cü il mayın 31-nə […]
-
Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Dubay marşrutu üzrə J2 […]