Rusiyada yaşayan miqrantların nəzərinə: Vətəndaşlıqdan məhrum edilə bilərsiniz – VİDEO – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Rusiyada yaşayan miqrantların nəzərinə: Vətəndaşlıqdan məhrum edilə bilərsiniz – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyada ilk dəfə olaraq beş regionun vətəndaşları cinayət törətdiklərinə görə öz statuslarını itiriblər.

Bu barədə Rusiya Daxili İşlər Nazirliyindən xəbər verilib.

Bildirilir ki, yeni qanunvericilik qaydalarına əsasən, qonşu ölkələrdən gələn doqquz miqrant Rusiya vətəndaşlığından məhrum edilib. Onların əksəriyyəti narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum ediliblər.

Məlumata görə, cinayət törətmiş vətəndaşlara münasibətdə statuslarına xitam verilməsi ilə bağlı qərarlar Moskva şəhəri, Moskva vilayəti, Sankt-Peterburq şəhəri, Leninqrad vilayəti, Tver vilayətində qəbul edilib. Həmin şəxslərə bildirişlər təqdim olunub və pasportları götürülüb.

“Onlar cəzalarını həbsxanada çəkdikdən sonra ölkədən çıxarılacaqlar”, – deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, Rusiyada “Vətəndaşlıq haqqında” yeni qanun 2023-cü ilin oktyabrında qüvvəyə minib. Qanun vətəndaşlığı itirilə biləcəyi geniş siyahısını təqdim edib. Qanunun əvvəlki variantı ilə müqayisədə siyahı Rusiya Federasiyası Cinayət Məcəlləsinin maddələri 18-dən 64-ə qədər artıb.

Mənbə: TASS

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top