Rusiyada qismən səfərbərlik barədə fərmanda 7-ci bənd hara yoxa çıxıb? Peskov açıqladı - FOTO - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Rusiyada qismən səfərbərlik barədə fərmanda 7-ci bənd hara yoxa çıxıb? Peskov açıqladı – FOTO

Rusiya Prezidenti Vladimir Putin “Rusiya Federasiyasında qismən səfərbərliyin elan edilməsi haqqında” fərman imzalayıb. Bununla bağlı sənəd Kremlin mətbuat xidməti tərəfindən mediaya ötürülüb. Ancaq maraqlı burasıdır ki, 10 bəndlik sərəncamda yeddinci bənd olmayıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə keçirdiyi brifinqdə bunun səbəbini açıqlayıb. Onun sözlərinə görə, dərc olunmamış yeddinci bənd xidməti xarakter daşıyır.

“Bu, xidməti istifadə üçündür, ona görə də açıqlaya bilmərəm”, – deyə o əlavə edib.

Peskovun sözlərinə görə, bu barədə verə biləcəyi yeganə məlumat RF müdafiə naziri Sergey Şoyqunun sözlərini təkrarlamaq ola bilər.

“Mən bunu izah edə bilmərəm. Sizə söyləyə biləcəyim yeganə şey Sergey Kujugetoviç Şoyqunun müsahibəsində səfərbərliklə bağlı dediyidir: 300 min nəfər. Bax orada söhbət 300 min nəfərə qədər olan adamlardan gedir”, – deyə Peskov bildirib.

Qeyd edək ki, fərmanın hüquqi informasiya portalındakı variantında yeddinci bənd “xidməti istifadə üçün” kimi qeyd edilib.

Xatırladaq ki, sentyabrın 21-də Rusiya Prezidenti Vladimir Putin ölkədə qismət səfərbərlik elan edib. Ölkədə səfərbərlik fəaliyyətləri bu gündən başlayacaq. Qubernatorlara Müdafiə Nazirliyinin hər bir rayon üzrə müəyyən etdiyi sayda və müddətdə çağırışçıların hazırlanmasını təmin etmək tapşırılıb.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top