
Rusiya Prezidenti Türkiyə Liderinə başsağlığı verib
Moskva, 6 fevral, AZƏRTAC
Rusiya Prezidenti Vladimir Putin türk həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı teleqramı ünvanlayıb.
AZƏRTAC xəbər verir ki, teleqramın mətni Kremin saytında dərc olunub.
Rusiya Prezidenti Türkiyədə baş vermiş dağıdıcı zəlzələ nəticəsində insan tələfatı ilə əlaqədar başsağlığı verib, yaralılara şəfa diləyib. V.Putin ölkəsinin lazımi yardım göstərməyə hazır olduğunu bildirib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Mənbə: AZƏRTAC