Rusiya güləşçiləri Paris Olimpiadasında iştirakdan imtina ediblər – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Rusiya güləşçiləri Paris Olimpiadasında iştirakdan imtina ediblər

Bakı, 7 iyul, AZƏRTAC

Beynəlxalq Olimpiya Komitəsindən (BOK) dəvət alan Rusiya güləşçiləri Parisdə keçiriləcək Oyunlarda iştirak etməkdən imtina ediblər.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya İdman Güləşi Federasiyasından (RİGF) “TASS” agentliyinə bildirilib.

Daha sonra RİGF-in mətbuat xidməti təşkilatın açıqlamasını dərc edib, sənəddə Rusiya idmançılarının Oyunlarda iştirak etməkdən imtina edildiyi təsdiq edilir.

Qərar təşkilatın icraiyyə komitəsi, komandaların məşqçilər korpusu və BOK-dan fərdi dəvət almış idmançılar tərəfindən qəbul edilib. Rusiya İdman Güləşi Federasiyasının İcraiyyə Komitəsi sərbəst, qadın və yunan-Roma güləşi üzrə Rusiya milli komandalarının məşqçilər heyəti və Olimpiya Oyunlarına dəvət almış idmançılarla geniş tərkibdə görüş keçirib.

Beynəlxalq Olimpiya Komitəsi 16 lisenziya qazanmasına baxmayaraq, 10 rus güləşçisini Olimpiadaya dəvət edib.

Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək. Rusiya və Belarus idmançılarına münasibətdə məhdudiyyətlər hələ qüvvədədir. Parisdə onlar yalnız neytral statusda çıxış edə biləcək, onlara öz ölkələri ilə hər hansı əlaqə nümayiş etdirmək və komanda yarışlarında iştirak etmək qadağan olunacaq. Rusiya səlahiyyətliləri BOK-un müvafiq qərarını ayrı-seçkilik və Olimpiya prinsiplərinə zidd hesab edir.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top