
Rumıniyanın milli xəbər agentliyi İmaməddin Nəsimi barədə məqalə yayıb
Buxarest, 24 may, AZƏRTAC
Rumıniyanın milli xəbər agentliyi “AGERPRES” Azərbaycanın bu ölkədəki səfiri Hüseyn Nəcəfovun “İmaməddin Nəsimi – İnsan kamilliyinə gedən yol” sərlövhəli məqaləsini yayıb.
AZƏRTAC xəbər verir ki, məqalədə çoxəsrlik bədii-fəlsəfi fikir ənənələrində dərin iz qoymuş mütəfəkkir şair Nəsiminin zəngin irsinin insanların mənəvi-əxlaqi kamilləşməsində böyük əhəmiyyət və aktuallıq kəsb etdiyi bildirilir. Yazıda Nəsiminin həyatı, fəaliyyəti, əsərləri barədə geniş məlumat verilir.
Qeyd olunur ki, Nəsiminin mənəvi və fəlsəfi ideyaları bəşəriyyəti ümumi dəyərlər ətrafında birləşməyə səsləyir, ədalətsizliyə qarşı mübarizə aparır. Şairin əsərlərinin Azərbaycan, Yaxın Şərq, İraq, Suriya, Orta Asiyada geniş yayıldığı, sadəcə Azərbaycan ədəbiyyatına deyil, XV əsrdən etibarən bütün türk ədəbiyyatına güclü təsir göstərdiyi və əlyazmalarının dünyanın bir sıra kitabxanalarında saxlanıldığı nəzərə çatdırılır. Bildirilir ki, keçmişin böyük filosof və şairlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində müdrik siyasətçi Heydər Əliyev tərəfindən qoyulmuş genişmiqyaslı fəaliyyət bu gün də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli və Azərbaycanda 2019-cu ilin “Nəsimi İli” elan edilməsi haqqında həmin ilin 11 yanvar tarixli sərəncamları ölkə başçısı tərəfindən mütəfəkkirin ruhuna hörmət və ehtiramın ən yüksək göstəricisi, sözə, sənətkara, yaradıcılığa, ədəbiyyata və ümumilikdə, Azərbaycan mədəniyyətinə verilən misilsiz dəyərin ifadəsidir. 2018-ci ilin sentyabr ayında Azərbaycanda Nəsimi poeziya, incəsənət və mənəviyyat festivalının ilk buraxılışı baş tutub. 2019-cu ildə Nəsiminin anadan olmasının 650 illiyi qeyd olunub.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycanda internet telekommunikasiya xidməti göstərən 107 internet operator və provayder uçota alınıb
Bakı, 1 iyun, AZƏRTAC Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu, Rəqəmsal İnkişaf və […]
-
Tərtərdə uşaq yaradıcılıq festivalı keçirilib
Tərtər, 1 iyun, AZƏRTAC Tərtər Olimpiya İdman Kompleksində “Uşaqlar bizim gələcəyimizdir” adlı uşaq yaradıcılıq festivalı […]
-
Ədliyyə Nazirliyi Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir təşkil edib
Bakı, 1 iyun, AZƏRTAC 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Ədliyyə Nazirliyi tərəfindən […]