
Rumıniya ilə iqtisadi əlaqələrin inkişafı müzakirə edilib – FOTO
İqtisadiyyat naziri Mikayıl Cabbarov Rumıniya Parlamentinin Deputatlar Palatasının sədri İon-Marçel Çolaku ilə görüşüb.
Nazirlikdən verilən məlumata görə, görüşdə Rumıniya ilə münasibətlərin uğurla inkişaf etdiyi, əməkdaşlığın genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin, keçirilən görüş və tədbirlərin əhəmiyyəti vurğulanıb.
Qeyd edilib ki, iqtisadi tərəfdaşlığın əsas istiqamətlərindən olan ticarət əlaqələri genişlənir. Belə ki, 2022-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 2 dəfədən çox artıb. Bununla belə, ölkələrimiz arasında enerji, nəqliyyat-tranzit, sənaye və s. sahələrdə əməkdaşlığın inkişafı imkanları böyükdür.
Rumıniya Parlamentinin Deputatlar Palatasının sədri İon-Marçel Çolaku ölkəsinin Azərbaycanla əməkdaşlığa önəm verdiyini, son zamanlar əlaqələrin daha da intensivləşdiyini qeyd edib, birgə iqtisadi layihələrin həyata keçirilməsinin perspektivləri barədə fikirlərini bölüşüb.
Tərəflər ölkələrimiz arasında əlaqələrin gücləndirilməsi, enerji əməkdaşlığının və iqtisadi münasibətlərin inkişaf istiqamətləri barədə müzakirə aparıblar.
BƏNZƏR MƏQALƏLƏR
-
SKSP-nin rezidentinin ixrac coğrafiyası genişlənir
Sumqayıt Kimya Sənaye Parkının rezidenti “SOCAR Karbamid” zavodu tərəfindən Sloveniyaya karbamid gübrəsi ixracına başlanılıb. İZİA-dan […]
-
“Leş avtomobillər”, 1 milyardlıq metal qırıntısı: Yeni qadağadan necə ziyansız çıxmalı? – MÜSAHİBƏ + FOTO
Baş nazir Əli Əsədovun imzaladığı qərarla zavod buraxılış tarixi 10 ildən çox olan minik avtomobillərinin […]
-
Laçın şəhəri, Zabux və Sus kəndlərində tikinti-quruculuq işlərinə dair son vəziyyət açıqlanıb – FOTO
“Laçın şəhərinin ərazisində yeraltı kommunikasiya xətlərinin çəkilişi bitib”. Bunu APA-nın Laçına ezam olunan xüsusi müxbirinə açıqlamasında […]