Rumıniya Azərbaycandan qaz almaq istəyir - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Rumıniya Azərbaycandan qaz almaq istəyir

Biz qaz müharibəsinin ortasındayıq. Bu müharibə keçən il başlayıb və biz problemi nəzarət altında saxlamalıyıq.

Bu sözləri Rumıniyanın energetika naziri Virgil Daniel Popesku deyib. O bildirib ki, ölkə əhalisinin əksəriyyəti iqtisadi baxımdan çıxılmaz vəziyyətdədir. Qazın qiymətinin onların ödəmə qabiliyyətindən çox yüksək həddə olması qış ayları ilə bağlı narahatlıq yaradır. Hazırda Rumıniya ölkənin qaz istehlakının cəmi 90 faizini təmin edir, qalan hissəsini isə Azərbaycandan idxal etmək niyyətindədir, lakin hələ ki, bununla bağlı imzalanmış müqavilə yoxdur.

Nazir diqqətə çatdırıb ki, bu gün Rumıniyada qaz yataqlarının 80 faizi doludur, lakin bu, problemi həll etmir. Başqa ölkədən qaz idxal etmək üçün tranzit sazişləri lazımdır. Bununla bağlı işlər görülür.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top