Rüfət Aslanlı: “Valyuta kreditlərinin verilməməsi ilə bağlı tələblər qüvvədə qalır” – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Rüfət Aslanlı: “Valyuta kreditlərinin verilməməsi ilə bağlı tələblər qüvvədə qalır”

Azərbaycanda bəzi istisnalarla xarici valyutada kreditlərin verilməməsi ilə bağlı tələblər qüvvədə qalır. Bunu Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.

R.Aslanlının sözlərinə görə, İslam bankçılığının Azərbaycanda tətbiqinin mümkün olmaması ilə bağlı onun adından yayılmış fikirlər KİV-lərin özünə məxsusdur.

Bununla yanaşı Palatanın başçısı ipoteka kreditləşməsi sahəsində yeniliklərin olacağını da vurğulayıb: “Prezident İlham Əliyevin İpoteka Fondunun yenidən formalaşması ilə bağlı xüsusi tapşırığı var. Artıq hökumətdaxili müzakirələr yekunlaşır və tezliklə qərar açıqlanacaq”.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top