Ruandada 6 minədək ibadət yeri bağlanıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Ruandada 6 minədək ibadət yeri bağlanıb

Bakı, 8 avqust, AZƏRTAC

Ruandada son bir ayda 6 minədək ibadət yeri bağlanıb.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, söhbət kiçik kilsə və məscidlərdən gedir. İbadət yerlərinin bağlanmasına səbəb ibadət yerlərinin yanğın təhlükəsizliyi və gigiyena tələblərinə cavab verməməsi, həmçinin su mənbələrinə çox yaxın inşa edilməsidir.

Ruandada ibadət yerlərinin təhlükəsizliyi ilə bağlı qanun 2018-ci ildə qəbul edilib. Qanun qüvvəyə mindikdən sonra dini qurumlara qanunun tələblərinə uyğunlaşmaq üçün 5 il vaxt verilib. Qanunun qüvvəyə minməsindən bir neçə ay sonra 700 məscid və kilsə fəaliyyətini dayandırıb. Buna səbəb zirzəmilərdə yerləşən ibadət yerlərini normalara uyğunlaşdırmağın mümkün olmamasıdır. Əlavə olaraq xristian din xadimlərindən teologiya ixtisası üzrə diplom tələb edilir.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top