Romada Konstantinin “Zəfər Tağı”na ildırım düşüb
Roma, 4 sentyabr, AZƏRTAC
İtaliyanın paytaxtı Romada əlverişsiz hava şəraiti zamanı şəhərin əsas turistik yerlərindən biri olan Kolizeyin yaxınlığındakı “Zəfər Tağı”na ildırım düşüb.
AZƏRTAC xəbər verir ki, Kolizey Arxeoloji Parkının rəhbərliyi hadisə nəticəsində eramızın IV əsrində inşa edilmiş tağın kiçik bir hissəsinin zədələndiyini bildirib.
Ekspertlər ildırımın qədim abidəyə vurduğu ziyanın aradan qaldırılmasına və zərərin qiymətləndirilməsinə başlayıblar.
Roma meri Roberto Qualtieri bildirib ki, bu, Romada görünməmiş təbiət hadisəsidir.
Qeyd edək ki, “Zəfər Tağı” xristianlığı qəbul edən ilk Roma imperatoru Konstantinin eramızın 312-ci ilində qəsbkar Maxentius üzərində qələbəsinin xatirəsinə ucaldılıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]