Romada Azərbaycan musiqisindən ibarət konsert olub
Roma, 19 may, AZƏRTAC
İtaliyanın paytaxtı Roma şəhərindəki Kapitolini Muzeylərinin Protomoteka zalında Azərbaycan musiqisinin şah əsərlərindən ibarət konsert proqramı keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov “Bakıdan Romaya: müxtəliflikdə musiqi birliyi” adlı konsert proqramının səfirliyin dəstəyi, Roma Şəhər Bələdiyyəsinin təşkilatçılığı ilə 18 May – Beynəlxalq Muzeylər Günü münasibətilə keçirildiyini deyib. Diplomat konsert proqramının paytaxt sakinlərinin və turistlərin zövqünü oxşayacağına əminliyini bildirib.
Konsert proqramında Əməkdar artist, tarzən Sahib Paşazadə və fortepianoda Prezident təqaüdçüsü, beynəlxalq müsabiqələr laureatı Firuzə Bəylərova Azərbaycan və dünya bəstəkarlarının əsərlərini səsləndiriblər.
Azərbaycan musiqiçilərinin təqdim etdikləri ifalar alqışlarla qarşılanıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]