“Retro Mobil 2017” avtomobil sərgisində Azərbaycanın “Formula 1”in təşkilindəki uğurları vurğulanıb - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Retro Mobil 2017” avtomobil sərgisində Azərbaycanın “Formula 1”in təşkilindəki uğurları vurğulanıb

“Ötən il Bakıda keçirilən “Formula-1” yarışları üzrə Avropa Qran Prisi mükəmməl təşkil edilmişdi. İlk dəfə təşkil olunmasına baxmayaraq, Azərbaycan yarışlara uzun illərdir ev sahibliyi edən bir çox ölkələrə nümunə oldu”. Bu fikirlər Parisdə açılan “Retro Mobil 2017” avtomobil sərgisində səsləndirilib.

Ötən ilin yayında milyonlarla azarkeş Bakıda “Formula-1” təqvimində olan ən maraqlı yarışlardan birinə şahid oldular. 187 ölkədə canlı yayımlanan, 500 milyon izləyicisi olan idman yarışı-“Formula 1”in Avropa Qran prisi sürət həvəskarları tərəfindən hələ də xatırlanır. Elə Fransada 150-yə yaxın yarış avtomobilinin nümayiş olunduğu 42-ci Paris Retro Mobil sərgisində iştirak edən Ferrari, Mersedes və digər “Formula 1” komandalarının mütəxəssisləri də Bakı trasının keyfiyyətindən, yarışın təşkilindən razı qalıblar. Onlar deyir ki, ilk dəfə təşkil olunmasına baxmayaraq, Azərbaycan yarışlara uzun illərdir ev sahibliyi edən bir çox ölkələrə nümunə oldu.

Paris Retro Mobil sərgisində bu il 500-dən artıq klassik avtomobil sərgilənir. Fevralın 12-dək davam edəcək sərgiyə minlərlə ziyarətçinin gələcəyi gözlənilir.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top