Rekord nailiyyət: AZAL 12-ci dəfə Mərkəzi Asiya və MDB üzrə ən yaxşı aviaşirkət hesab edilib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Rekord nailiyyət: AZAL 12-ci dəfə Mərkəzi Asiya və MDB üzrə ən yaxşı aviaşirkət hesab edilib

AZAL nüfuzlu “World Airline Awards 2023” mükafatı ilə Mərkəzi Asiya və MDB üzrə ən yaxşı regional aviaşirkət adına layiq görülərək, yenidən öz yüksək statusunu təsdiq edib.

Aviaşirkət regionda aviadaşımalar bazarında öz liderliyini təsdiq edərək və daim sərnişinlərə keyfiyyətli xidmət göstərmək arzusunu nümayiş etdirərək rekord sayda – on ikinci dəfə nüfuzlu mükafata sahib olub. Bu möhtəşəm nailiyyət AZAL-ın sabitləşmiş nüfuzunu və aviasiya sahəsində möhkəm mövqeyini sübut edir.

Mükafatlandırma mərasimi 20 iyun tarixində Paris aviasalonu çərçivəsində baş tutub.

“Azərbaycan Hava Yolları” şirkətinin rəhbərliyini və əməkdaşlarını bu mühüm nailiyyət – Mərkəzi Asiya və MDB üzrə ən yaxşı regional aviaşirkət nominasiyasında rekord sayda – on ikinci dəfə qələbə qazanması münasibətilə təbrik edirik. Bu, xüsusilə regionda artan rəqabət şəraitində davamlılığın təzahürünün gözəl nümunəsidir”, – deyə “Skytrax” şirkətinin baş direktoru Edvard Pleysted bildirib.

Öz növbəsində AZAL QSC-nin prezidenti Cahangir Əsgərov qeyd edib: “Biz fəxr edirik ki, AZAL yüksək keyfiyyət səviyyəsini saxlayaraq regionun aviasiya sahəsində liderlərindən biri olaraq qalır. Aviaşirkətimiz yeni nailiyyətlər qazanmağa davam edəcək və sərnişinlərə yalnız ən yaxşı xidmətləri təqdim edəcək. Müştərilərimizə bizə etibar etdiklərinə görə və AZAL-ın bütün komandasına səylə çalışdıqlarına və aviaşirkətə sədaqətlərinə görə təşəkkür edirik”.

“World Airline Awards” mükafatı qeyri-rəsmi “aviasiya Oskarı” statusuna malikdir. Bu mükafat 1999-cu ildən etibarən hər il aviaşirkət və hava limanı xidmətlərinin keyfiyyətinin aparıcı qlobal qiymətləndiricisi olan İngiltərənin “Skytrax” konsaltinq agentliyi tərəfindən təqdim edilir.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top