Reinhold İvald: “Əgər biz kosmosda yaşamaq istəyiriksə, mütləq orbitə çıxmalıyıq” – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Reinhold İvald: “Əgər biz kosmosda yaşamaq istəyiriksə, mütləq orbitə çıxmalıyıq”

“Əsas məqsədimiz astronavtlar kosmosdan qayıtdıqdan sonra onların topladıqları məlumatları və uçuş təcrübəsini digərləri ilə bölüşməkdir”.

Oxu.Az xəbər verir ki, bu fikirləri Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində astronavtlarla görüşdə keçmiş astronavt və Ştutqart Universitetinin professoru Reinhold İvald deyib.

Astronavt bildirib ki, kosmik uçuşların sayının artırılması yeni tədqiqatların aparılması üçün çox böyük imkanlar yaradır:

“Bu gün bəzi astronavtlar suborbital uçuşlar həyata keçirirlər. Əgər biz kosmosda yaşamaq istəyiriksə, mütləq orbitə çıxmalıyıq. Burada biz müxtəlif eksperimentlər aparırıq. Oradakı yaşam tərzinə adaptasiya olmağa çalışırıq. Bütün bunların fonunda isə biz əsas hədəfə, Aya uçuşa hazırlaşırıq”.

Könül Cəfərli

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top