Regionlarda pestisidlərin təhlükəsiz idarə edilməsi üzrə təlimlər keçirilib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Regionlarda pestisidlərin təhlükəsiz idarə edilməsi üzrə təlimlər keçirilib

Bakı, 7 avqust, AZƏRTAC

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycanda Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi regionlarda pestisidlərin təhlükəsiz idarə edilməsi üzrə təlimlər keçirib. Təlimlər FAO-nun icra etdiyi və Qlobal Ekoloji Fondun maliyyələşdirdiyi “Mərkəzi Asiya ölkələrində və Türkiyədə pestisidlərin dövriyyəsinin idarə olunması və daimi üzvi çirkləndiricilərə aid edilən pestisidlərin zərərsizləşdirilməsi” layihəsi çərçivəsində reallaşıb.

Ofisdən AZƏRTAC-a verilən məlumata görə, Aqrar Xidmətlər Agentliyinin (AXA) tabeliyindəki Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin və Cəngi Pestisid Poliqonunun işçi heyəti üçün keçirilən təlimlərin əsas məqsədi pestisid poliqonunun idarə edilməsinin təkmilləşdirilməsi olub.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin koordinasiya etdiyi “İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələrlə, o cümlədən ammonium nitratla çirklənmiş Azərbaycan Respublikasının ərazilərində mövcud problemlərin aradan qaldırılması ilə bağlı Tədbirlər Planı”nın icrası məqsədilə əsas İşçi Qrupun tərkibində yaradılmış Ekspertlər Qrupu üçün keçirilən təlimlər nəzəri və praktiki hissədən ibarət olub.

AXA-nın əməkdaşları da daxil olmaqla, 25 nəfər işçi heyətinin iştirak etdiyi dördgünlük təlimin nəzəri hissəsi Mingəçevir şəhərində keçirilib. Praktiki hissəyə aid olan sahə səfərləri isə Yevlax rayonu ərazisindəki pestisidlərlə çirklənmiş ərazidə FAO-nun beynəlxalq mütəxəssisinin iştirakı ilə təşkil edilib.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top