Ras Əl-Xaymada Yeni il atəşfəşanlığı zamanı iki dünya rekordu qeydə alınıb – FOTO/VİDEO – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Ras Əl-Xaymada Yeni il atəşfəşanlığı zamanı iki dünya rekordu qeydə alınıb – FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ras-əl-Xayma əmirliyində Yeni il atəşfəşanlığı eyni anda iki kateqoriya üzrə – su üzərində və səmada ən uzun atəşfəşanlıq xəttinə görə “Ginnesin Rekordlar Kitabı”na düşüb.

Bu barədə əmirliyin Turizmin İnkişafı Departamentindən xəbər verilib.

Bildirilir ki, Ras Əl-Xayma Yeni ili heyranedici səkkiz dəqiqəlik atəşfəşanlıq və dron şousu ilə açıb. 1050 pirotexniki dron, su atəşfəşanlığı və akrobatikadan ibarət atəşfəşanlıq əmirliyin təbiət möcüzələrini – səhra, dəniz, dağları simvolizə edib.

Tədbir zamanı əvvəllər istifadə olunmayan texniki yeniliklərdən də istifadə edilib.

Pirotexniki şounu 50 mindən çox tamaşaçı izləyib.

Mənbə: Kp.ru

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top