
Rabitə və yüksək texnologiyalar naziri Şamaxıda vətəndaşları qəbul edib
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.
Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə mayın 5-də Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində Şamaxı, Qobustan, Ağsu və İsmayıllı rayonlarından olan vətəndaşları qəbul edib.
Nazirliyin müvafiq struktur rəhbərlərinin də iştirak etdikləri qəbulda telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətləri, işə qəbul və digər məsələlərlə bağlı müraciətlər üstünlük təşkil edib.
Hər bir müraciət nazir tərəfindən diqqətlə dinlənilib. Qaldırılan məsələlərin əksəriyyəti yerindəcə həll edilib.
Araşdırılması zəruri olan bir sıra müraciətlər isə qeydiyyat götürülüb, onların operativ həlli üçün nazirliyin müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti üzrə çatdırılması üçün qeydiyyata alınıb.
Qəbula gələn vətəndaşlar yaradılan şərait üçün razılıqlarını bildirib, yerlərdə bu cür qəbulların keçirilməsinin təşəbbüsçüsü olan ölkə başçısına minnətdarlıq ediblər.
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycanda mobil cihazların qeydiyyatı ilə bağlı qaydalar sərtləşdirilib
Prezident İlham Əliyev Milli Məclisin “Telekommunikasiya haqqında” qanunda etdiyi dəyişiklikləri təsdiqləyib. “Report” xəbər verir ki, dəyişikliklərə […]
-
Naxçıvanın daha iki dövlət qurumunun saytı “gov.az” domeninə köçürülüb
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Dövlət İmtahan Mərkəzinin saytları “gov.az” zonasına köçürülüb. Xüsusi […]
-
“Azersky” peyki ilə ölkədəki su təsərrüfatı sahələri monitorinq edilir
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliklə (“Azərkosmos”) “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC […]