Qvinet Peltrou “Oskar” heykəlciyindən bağda istifadə etməsindən danışdı – FOTO – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Qvinet Peltrou “Oskar” heykəlciyindən bağda istifadə etməsindən danışdı – FOTO

ABŞ-li kino və televiziya aktrisası, iş qadını Qvinet Peltrou öz bağçasından video yayımlayıb. Bu zaman təsadüfən görünən qeyri-adi bir detalı da pərəstişkarlarına izah etməli olub.

Belə ki, kadrlarda Hollivud ulduzunun “Oskar” heykəlciyini yerdən qapı aralığına qoyduğu görünür.

“Bu mənim dayağımdır. Mükəmməl işləyir!” – deyə Qvinet bununla bağlı sualı cavablandırıb.

Qeyd edək ki, aktrisa 1999-cu ildə “Aşiq olmuş Şekspir” filmində ən yaxşı aktrisa nominasiyasında bu mükafata layiq görülüb.

Mənbə: Gazeta.ru

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top