Qurban Qurbanov: Toplanışın qarşıdakı bir həftəsi bizim üçün çox vacibdir – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Qurban Qurbanov: Toplanışın qarşıdakı bir həftəsi bizim üçün çox vacibdir

Bakı, 10 iyul, AZƏRTAC

“Bütün komanda üzvləri çox həvəslə, istəklə hazırlıq keçirlər”.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov Avstriyada keçirilən təlim-məşq toplanışı barədə klubun rəsmi saytına açıqlamasında deyib.

Mütəxəssis “Kayzerslautern” (1:3) və “Viktoriya” (2:1) ilə keçirilən yoxlama oyunları barədə fikirlərini bildirib: “Avstriyadakı ilk oyun günü yaxşı alındı. Bütün futbolçularımızın 90 dəqiqə meydanda olması çox vacib idi. İki yaxşı rəqiblə qarşılaşdıq. Hava şəraiti çox isti olsa da, oyunlar dinamik keçdi. Düzdür, günün ilk matçında məğlub olduq. Amma bu görüşdə qolları fərdi səhvlərdən buraxdıq”.

Baş məşqçi Avstriyadakı hazırlıq prosesini də dəyərləndirib: “Hazırlığın vacib olan ikinci mərhələsindəyik. Mövsümün hazırlıq prosesini yoxlama oyunları ilə tamamlamaq istəyirik. Bu gün keçirilən hər iki matçdan da, futbolçulardan da razı qaldım. Toplanışın qarşıdakı bir həftəsi bizim üçün çox vacibdir. Bu müddətdə futbolçuların idman formalarını tam geri qaytarmalı və bəzi texniki səhvləri aradan qaldırmalıyıq. Bütün komanda üzvləri çox həvəslə, istəklə hazırlıq keçirlər. Avstriya toplanışında olduğumuz müddətdə onların hər birindən razıyam”.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top