Qubadlı rayonunda baş verən yanğın sıx meşəlik əraziyə keçməsinə imkan verilmədən söndürülüb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Qubadlı rayonunda baş verən yanğın sıx meşəlik əraziyə keçməsinə imkan verilmədən söndürülüb

Bakı, 24 avqust, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Qubadlı rayonu Mirlər, Göyyal, Hərtiz və Seləli kəndləri istiqamətində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının, əsasən kol-kos və quru otdan ibarət açıq sahədə baş verdiyi və yaxınlıqdakı meşə zolağına keçmə riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın geniş sahəyə yayılmasına, o cümlədən sıx meşəlik əraziyə keçməsinə imkan verilmədən söndürülüb.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top