Qubada avtomobili narkotiklərin təsiri altında idarə edən 10 sürücü aşkar olunub – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Qubada avtomobili narkotiklərin təsiri altında idarə edən 10 sürücü aşkar olunub

Bakı, 13 iyun, AZƏRTAC

Quba rayonu ərazisində kobud qayda pozuntularına yol verən sürücülərə qarşı profilaktik tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə profilaktik tədbirlər keçirilib.

Tədbir zamanı avtomobili narkotiklərin təsiri altında idarə edən 10 sürücü saxlanılıb. Tibbi müayinə zamanı onların marixuana, heroin və psixotrop maddə olan metamfetamin qəbul edərək sükan arxasında əyləşdikləri müəyyən olunub. Sürücülər barəsində toplanan materiallara hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top