“Qonaqların qəbulu şöbəsi” adlı onlayn təlimdə 12 iştirakçı təltif olundu. .
ECONOMİC: Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun Naftalan şəhəri üzrə “Qonaqların qəbulu şöbəsi” mövzusunda təşkil etdiyi onlayn təlimi müvəffəqiyyətlə başa vuran 12 iştirakçı təltif olunub.
Onlara Gəncə Destinasiya Menecmenti Təşkilatı tərəfindən Turizm Təlim və Sertifikasiya Mərkəzinin sertifikatları təqdim edilib.
Naftalan Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunmuş təlimdə ümumilikdə şəhərdə fəaliyyət göstərən 10 sanatoriyanı təmsil edən 27 nümayəndə iştirak edib.
3 gün davam edən təlim ərzində onlara qonaqların düzgün formada qəbulu, qarşılanma, qeydiyyat və digər xidmətlər barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, Gəncə-Qazax iqtisadi rayonunda turizm sənayesi üzvlərinin ehtiyaclarına və pandemiya qaydalarına uyğun olaraq onlayn və canlı təlimlərin mütəmadi şəkildə keçirilməsi nəzərdə tutulur.
BƏNZƏR MƏQALƏLƏR
-
Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Dubay marşrutu üzrə J2 […]
-
AZAL Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalayıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Frankfurt-Maynda keçirilən nüfuzlu “Passenger Terminal Expo 2024” konfransında […]
-
Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Rusiya Təhsil və Elmə Nəzarət Federal Xidməti (“Rosobrnadzor”) […]