Qızıl bahalaşıb - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Qızıl bahalaşıb

Qızıl bahalaşıb

ABŞ dollarının zəifləməsi fonunda dünya bazarlarında qızılın qiyməti cüzi artıb. İnvestorların əsas diqqəti ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) uçot dərəcəsi ilə bağlı qərarına yönəlib.

Nyu-Yorkun “Comex” birjasında qızılın avqust fyuçersləri 0,54 % və ya 9,15 ABŞ dolları bahalaşaraq 1 unsiyası 1 712,54 ABŞ dollarına satılıb. Gümüşün sentyabr fyuçerslərinin qiyməti isə 0,89 % artaraq 1 unsiyası 18,76 ABŞ dolları təşkil edib.

ABŞ dollarının indeksi 0,15 % düşərək 107,91 bəndə enib. Ucuz ABŞ dolları xammal materiallarını, o cümlədən qızılı başqa valyutalarla alış üçün əlçatan edir.

Gələn həftə FES-in növbəti iclası keçiriləcək. Analitiklər hesab edirlər ki, iclasda uçot dərəcəsinin 75 baza bəndi səviyyəsində artrılaraq 2,25-2,5 %-ə çatdırılacaq.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top