“2 milyon 445 min 740 abonentin 1 milyon 487 min 18 abonent regionlarrn payına düşür”.
Qurumdan bildirilib ki, cari ildə 40 min 695 yeni abonent qeydə alınıb ki, onlardan 11 min 600 abonent regionların payına düşüb.
Rayonlaırn qazlaşdırılması ilə bağlı vəziyyət necədir?
Qurumdan bildirilib ki, 2009-cu ildə ölkədə qazlaşma səviyyəsi 62.2 faiz idisə, hazırda bu rəqəm 96.3 faizdir:
“Son 10 ildə 55 min 600 kilometr yeni qaz kəməri çəkilib ki, bunun da 445 kilmoetri cari ilin 9 ayına təsadüf edib. Cari ildə 52 kəndin, 61 yeni yaşayış massivinin ilk dəfə olaraq qazlaşdırılması nəzərdə tutulub. 113 kənd və massivin hər birində müvafiq işlər görülür. Cari ilin sonunadək bu işlərin yekunlaşdırılması nəzərdə tutulur. Qeyd edək ki, bu işlər qurumun maliyyə ehtiyyatları hesabına aparılır”.
“Azəriqaz”dan o da bildirilib ki, ölkə ərazisində bütün şəhər və qəsəbələr tam qazlaşdırılıb:
“Lakin kəndlərə gəldikdə, 900 kənd hələ də qazlaşdırılmayıb. Mövcud maliyyə resursları çərçivəsində bu kəndlərin də mərhələli şəkildə qazlaşdırılması nəzərdə tutulur”.
Bundan əlavə bildirilib ki, son 10 ildə qurum tərəfindən regionlarda bunadək heç bir infrastrukturu olmayan və təbii qaz almayan 1682 kənd qazlaşdırılıb:
“Bu kəndlərdə yeni bir infrastruktur qurulub. Bundan başqa, hazırda elə yaşayış sahələri var ki, onların qazlaşdırlması texniki-iqtisadi cəhətdən səmərəsizdir. 260-a yaxın elə yaşayış məntəqəsi var ki, onlar ya ucqar bölgələrdə yerləşir, ya da ki, ev sayı əhəmiyyətli dərəcədə azdır. Bu səbəbdən də həmin məntəqələrin qazlaşdırılmasına ən son mərhələdə baxılacaq, yaxud da strateji yol xəritəsinə uyğun olaraq, bu əraizlərin alternativ enerji ilə təminatı məsələsi həll olunacaq”, – deyə birlikdən verilən məlumatda deyilir.
Bildirilib ki, ən çox qazlaşdırılmayan kənd, ərazi cənub bölgəsinin payına düşür:
“Xüsusən də Lerik və Yradımlı rayonlarında belə kəndlər, əraizlər çoxdur. Bu rayonlar SSRİ dövründə də qazlaşdırılmamışdı. Cəlilabad, Astara, Lənkərənda da qazlaşdırılmayan xeyli kənd var. Bundan başqa, qərb rayonlarında – Tovuz, Gədəbəy, Daşkəsəndə də müəyyən qədər qazlaşdırılmayan kəndlər var”.
“Azəristiliktəchizat” ilə hansısa problem qalıbmı?
Qurumdan bildirilib ki, öncəki illərdən fərqli olaraq “Azəriqaz” İB ilə “Azəristiliktəchizat” arasında hansısa problem qalmayıb.
Qarabağda vəziyyət necədir?
Hazırda “Azəriqaz” İstehsalat Birliyi tərəfindən həmin əraizlərdə qaz təminatı ilə bağlı imkanlar araşdırılır.