Qırğızıstanda avtomobilin gölə düşməsi nəticəsində 6 uşaq ölüb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Qırğızıstanda avtomobilin gölə düşməsi nəticəsində 6 uşaq ölüb

Bakı, 21 iyun, AZƏRTAC

Qırğızıstanda avtomobilin gölə düşməsi nəticəsində 4-9 yaş arası 6 uşaq ölüb.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Çuy vilayətinin Daxili İşlər İdarəsindən məlumat verilib.

“Çuy vilayətinin Jiyıl rayonunda, Altın kəndi yaxınlığında içərisində 8-i uşaq olmaqla 11 nəfərin olduğu “Volkswagen” markalı avtomobil gölə düşüb”, – idarənin nümayəndəsi bildirib.

İlkin məlumata görə, sürücü idarəetməni itirib.

“Hazırda iş araşdırılır”, – Daxili İşlər İdarəsi əmin edib.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top