“Qəbələ”nin futbolçusu Rövlan Muradov Azərbaycan Premyer Liqasında 100-cü oyununa çıxıb - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Qəbələ”nin futbolçusu Rövlan Muradov Azərbaycan Premyer Liqasında 100-cü oyununa çıxıb

Bakı 26 may, AZƏRTAC

“Qəbələ”nin futbolçusu Rövlan Muradov Azərbaycan Premyer Liqasında 100-cü oyununu keçirib. İyirmi beş yaşlı yarımmüdafiəçinin yubileyi XXXV turun “Şamaxı” ilə matçına təsadüf edib.

AZƏRTAC xəbər verir ki, meydana start heyətində çıxan futbolçu ölkə çempionatında 100-cü dəfə şans qazanıb. Premyer Liqada yalnız “Qəbələ” forması geyinən R.Muradov bu matçlarda 10 qol vurub.

Onun debütü 2018-2019-cu il mövsümünə təsadüf edib. Futbolçu Premyer Liqada “qırmızı-qara” forma ilə 100 və daha çox matç keçirən səkkizinci oyunçudur.

Xatırladaq ki, “Şamaxı” – “Qəbələ” qarşılaşması 0:0 hesabı ilə başa çatıb.

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top