“Qəbələ”nin futbolçusu Məqsəd İsayev üçün “Şamaxı” ilə oyun əlamətdar olub - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Qəbələ”nin futbolçusu Məqsəd İsayev üçün “Şamaxı” ilə oyun əlamətdar olub

Bakı 26 may, AZƏRTAC

“Qəbələ”nin futbolçusu Məqsəd İsayev Azərbaycan Premyer Liqasında 200-cü oyununa çıxıb. İyirmi səkkiz yaşlı müdafiəçinin yubileyi XXXV tura təsadüf edib. O, “Şamaxı” ilə səfər matçını əvəzolunmadan keçirib.

AZƏRTAC xəbər verir ki, futbolçu Premyer Liqadakı 200 görüşdə 5 qol vurub. 2021-ci ilin yayından “Qəbələ” forması geyinən müdafiəçi bu matçların 60-nı “qırmızı-qara”ların üzvü kimi keçirib. Onun aktivində 3 qol var.

Premyer Liqada 2013-2014-cü il mövsümündə debüt edən M.İsayevin ilk komandası “Neftçi” olub. O, bu klubda 75 oyuna çıxıb. Karyerası ərzində beş klubda çıxış edən futbolçu “Şamaxı”da 6 (1 qol), “Sabah”da 39 (1 qol), “Səbail”də 20 dəfə meydana çıxıb.

Xatırladaq ki, “Şamaxı” – “Qəbələ” qarşılaşması 0:0 hesabı ilə başa çatıb.

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top