
Qəbələ Fındıq Emalı zavodunun məhsulları xarici ölkələrə ixrac edilir
Fındıqçılıq Qəbələ rayonunun iqtisadiyyatının əsas sahələrindən biridir. Dövlət başçısının tövsiyyəsinə uyğun olaraq rayonda bu sahənin inkişafı üçün fındıq bağları genişləndirilir. Rayonda bu sahə üzrə emal müəssisələri də fəaliyyət göstərir.
Fındıqçılıq şimal-qərb zonasının, o cümlədən Qəbələnin iqtisadiyyatında aparıcı yerlərdən birini tutmaqla rayonun əhalisinin əsas məşğuliyyət sahələrindən də biridir. Hazırda Qəbələ rayonunda 3 min 827 hektar fındıq bağı var. Artıq yığım başa çatıb. Bu il bağlardan 7 min tondan artıq məhsul götürülüb. Yığılan fındığın satış problemi yoxdur. Onun alıcısı həmişə var. Daxili təlabat ödənməklə yanaşı xaricə də ixrac olunan fındıq fermerlərə də, ölkəmizə də xeyli gəlir gətirir. Yığılan məhsulun bir hissəsi rayonda 2005-ci ildən fəaliyyət göstərən Fındıq Emalı Müəssisəsinə təhvil verilir. Zavoda Qəbələ ilə yanaşı Oğuz, Zaqatala və Qax rayonlarından da fındıq gətirilir.
Emal müəssisəsinə qəbul olunan qabıqlı fındıq burada ilk növbədə təmizlənir, çəkilir, laboratoriyada məhsulun keyfiyyəti və nəmliyi yoxlanılır. Təmizlənmə sahəsində fındıq ləpəsinin içindən standarta uyğun olmayanı, cürük, yarı bölünmüş ləpələr və digər qarışıqlar seçilib götürülür. Qablaşdırma sahəsində isə təmizlənən fındıq ləpəsi polietilen vakuum paketlərə qablaşdırılır. Təxminən 200 nəfərin işlədiyi müəssisədə saatda 700 kiloqram fındıq qovuran, duzlayan, qovrulan fındığı doğrayan, doğranmış fındıq üçün ələk sistemi avadanlıqları quraşdırılıb. Bütün bu məhsullar metal detektorlardan keçərək qablaşdırılır. Məhsullar əsasən Almaniya, İtaliya, İspaniya və digər Avropa ölkələrinə ixrac edilir. İxrac olunan məhsullar “ekoloji təmiz məhsul” kodu altında satılır. Müəssisədə fındıq ləpəsindən püre, şokolad kremi, duzlu və şəkərli fındıq ləpəsi, üzərinə şokolad çəkilmiş fındıq ləpəsi və digər məhsulların hazırlanması da nəzərdə tutulur. Bu məhsullar da MDB və Avropa ölkələrinə ixrac ediləcək. Rayonda fındıqçılığın inkişafına uyğöun olaraq zavodun da gücü artırılacaq. Hazırda Qəbələdə 1200 hektar sahədə yeni fındıq bağları salınır. Yaxın illərdə rayonda əlavə olaraq 2 min hektar sahədə yeni fındıq bağlarının salınması üçün dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlar müəyyənləşdirilib.
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycan-Polşa biznes forumu keçirilib
Bakıda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Polşanın İnvestisiyalar və Ticarət Agentliyinin (PAIH) […]
-
Dördüncü Sənaye İnqilabı texnologiyaları üzrə İşçi Qrupun növbəti iclası keçirilib
Bakı Ekspo Mərkəzində təşkil edilən “4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi” çərçivəsində Dördüncü Sənaye İnqilabı (4Sİ) […]