“Qazprom” və SOCAR strateji tərəfdaşlığı genişləndirir
Moskva, 19 avqust, AZƏRTAC
“Qazprom” və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) çoxşaxəli strateji tərəfdaşlığın genişləndirilməsi haqqında razılığa gəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Qazprom”un məlumatında deyilir.
“Qazprom”un İdarə Heyətinin sədri Aleksey Millerin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfəri çərçivəsində tədbirlərdə iştirak edib.
“Qazprom” və SOCAR arasında qarşılıqlı faydalı tərəfdaşlıq dinamik şəkildə inkişaf edir. Xüsusilə, söhbət “Şimal-Cənub” layihəsindən və 2024-cü ilin sentyabrında Hərtərəfli Elmi-Texniki Əməkdaşlıq Proqramının imzalanmasından gedir. Çoxşaxəli strateji tərəfdaşlığın genişləndirilməsi ilə bağlı razılıq əldə olunub”, – deyə A.Miller qeyd edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
BƏNZƏR MƏQALƏLƏR
-
Türkiyəli ekspert: Azərbaycanın Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi ilə bağlı tələbləri haqlıdır
Ankara, 11 sentyabr, AZƏRTAC “Ermənistan Konstitusiyasının hazırkı redaksiyası Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanmasına […]
-
Laçın sakini: Yurduma gedib işimi davam etdirmək istəyirəm
Bakı, 11 sentyabr, AZƏRTAC “Laçında illərlə mətbuat işçisi olmuşam. İndi yurduma gedib işimi yenidən davam […]
-
Mayotda işsizlik Fransa üzrə orta göstəricidən 5 dəfə çoxdur
Bakı, 11 sentyabr, AZƏRTAC Fransanın Mayot departamentində işsizlik artaraq 37 faizə çatıb. AZƏRTAC “”Figaro”ya istinadla […]