Qazaxda ilk dəfə laporoskopik əməliyyat icra olunub
Qazax, 7 avqust, Ruslan Novruzoğlu, AZƏRTAC
TƏBİB region xəstəxanalarında vətəndaşlara göstərilən tibbi xidmətlərin sayının və keyfiyyətinin artırılması, o cümlədən bu günədək yalnız paytaxtda icra olunan cərrahi əməliyyatların bölgə xəstəxanalarında da icra olunması istiqamətində yenilikləri davam etdirir.
AZƏRTAC xəbər verir ki, Qazax Rayon Mərkəzi Xəstəxanasında ilk dəfə həyata keçirilən laporoskopik əməliyyat uğurla başa çatıb.
Cərrahi əməliyyat xəstəxananın cərrahiyyə şöbəsinin müdiri Bünyamin Abbasəliyev tərəfindən icra olunub. 41 yaşlı pasiyent üzərində həyata keçirilən laporoskopik xolesistektomiya (qapalı üsulla öd kisəsinin xaric edilməsi) əməliyyatından sonrası pasiyent dinamik nəzarət məqsədilə reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti qənaətbəxşdir.
Qeyd edək ki, sözügedən əməliyyatlar icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində icra olunur.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]