Qarabağın erməni sakinləri üçün növbəti dəfə yanacaq göndərilib – FOTO – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Qarabağın erməni sakinləri üçün növbəti dəfə yanacaq göndərilib – FOTO

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus 2 nəqliyyat vasitəsi ilə Qarabağın erməniəsilli sakinləri üçün yanacaq göndərilib.

“Report”un Qarabağ bürosu xəbər verir ki, yük avtomobilləri Ağdam-Əsgəran-Xankəndi yolu ilə yola salınıb.

Yük avtomobillərində 30 ton “Aİ-92” markalı benzin, 34 ton dizel yanacağı aparılıb.

Qeyd edək ki, yanacaq 2023-cü il sentyabrın 21-də Yevlax şəhərində keçirilmiş görüşdə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrinin, ilk növbədə, bağçaların, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin yanacaq-sürtkü materialları ilə təmin edilməsinə dair xahişinə uyğun olaraq yola salınıb.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top