Putin: “Maskı razı salmaq üçün yollar axtarmalıyıq” – VİDEO – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Putin: “Maskı razı salmaq üçün yollar axtarmalıyıq” – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Milyarder və sahibkar İlon Mask bir çox qabaqcıl innovativ texnologiyaların hazırlanmasında iştirakı olan ağıllı insandır”.

Bunu Rusiya Prezidenti Vladimir Putin ABŞ-li jurnalist Taker Karlsonun “Tesla”nın baş direktoruna münasibəti barədə sualını cavablandırarkən bildirib.

Söhbət əsnasında o xatırladıb ki, Maskın “Neuralink” şirkəti bu yaxınlarda insan beyninə implant tətbiq edib.

“Düşünürəm ki, Maskı dayandırmaq mümkün deyil, o, yenə də bildiyini edəcək. Amma biz onunla hansısa yolla danışıq aparmalıyıq, onu inandırmaq üçün bəzi yollar axtarmalıyıq. Mənə elə gəlir ki, Mask ziyalı adamdır, yəni ziyalı olduğuna əminəm. Onunla hansısa şəkildə razılaşmaq lazımdır ki, bu proses müəyyən qaydalara uyğun kanonizasiya olunsun”, – deyə Putin bildirib.

Mənbə: News.ru

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top