Prezident: “Milli enerji şəbəkəmizi gücləndirəcək dövlət proqramının icrasını planlaşdırırıq” – VİDEO – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Prezident: “Milli enerji şəbəkəmizi gücləndirəcək dövlət proqramının icrasını planlaşdırırıq” – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Növbəti illərdə biz qısa müddət ərzində milli enerji şəbəkəmizin gücləndirilməsini təmin edəcək dövlət proqramını icra etməyi planlaşdırırıq. Bu, çox zəruridir”.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxışı zamanı bildirib.

Ölkəmizin təbii sərvətlərinin istifadəsi üçün böyük potensialın olduğunu deyən dövlətimizin başçısı külək enerjisinin potensialını xüsusi vurğulayıb.

“Külək həmişə, xüsusilə də təyyarə ilə enəndə bəzən müəyyən problemlərin mənbəyi olub. Lakin indi külək təbii sərvətdir.

Bunu, ola bilsin, 10-20 il bundan əvvəl təsəvvürə gətirmək çətin olardı. Lakin indi bu belədir və xüsusilə, Xəzər dənizində külək çox güclüdür, hətta bu gün buradakı külək onu göstərir ki, bu potensial buradadır”, – deyə Azərbaycan Prezidenti qeyd edib.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top